Pis qoxulu donuzlar təyyarəni təcili eniş etməyə məcbur edib.
İnterpress.az xəbər verir ki, Amsterdamdan Mexikoya gedən KLM aviaşirkətinin təyyarəsində 259 sərnişin və yük anbarında 100 donuz olub.
Naməlum səbəblərdən kəskin heyvan qoxusu bütün təyyarəyə yayılıb və kapitan Bermud adalarına təcili eniş etmək məcburiyyətində qalıb.
Ertəsi gün sərnişinlər başqa təyyarəyə yerləşdirilib və təyinat yerinə yola salınıb.
Xuraman Etibarlı
İnterpress.az