İsraildə Hizbullaha məlumat ötürən 19 yaşlı Nazaret sakini həbs olunub.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Baş Təhlükəsizlik Xidməti (Şin Bet) və İsrail polisi müharibə zamanı Hizbullaha məlumat verən 19 yaşlı Nazaret sakini Məhəmməd Səadini həbs edib.
O, son bir neçə ildə təşkilat üzvləri ilə bir neçə dəfə əlaqə saxlayıb, həm də onun sıralarında döyüşlərə qoşulmağa cəhd edib.
İsrail polisi bildirib ki, Səadi həmçinin raketlərin və təyyarələrin yerləşdiyi yerlər və İsrail ordusu qüvvələrinin mövqeləri haqqında məlumat verib.
Xuraman Etibarlı
İnterpress.az