Yekaterinburqda ölümcül botulizmə səbəb olan konservlərin bütöv bir anbarı tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
“Vtorçermet”in anbarında saxlama müddəti ötmüş konservlər aşkar edilib.
Mallar yeni saxta etiketlərlə satışa hazırlanıb və Sverdlovsk, Çelyabinsk və Kurqan vilayətlərinə satışa göndərilməsi planlaşdırılırdı.
Çatdırılmalardan biri Kurqandakı məktəblər və uşaq bağçaları üçün nəzərdə tutulub.
Yerli bazardan şprot alan iki qadın artıq botulizm diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
İndi polis Sortirovkadakı mini marketdən şprot alan şəxsləri axtarır.
Xuraman Etibarlı
İnterpress.az