Səudiyyə Ərəbistanı Əfqanıstandakı səfirliyinin fəaliyyətini bərpa edib.
İnterpress.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Əfqanıstandakı səfirliyi məlumat yayıb.
Səudiyyə Ərəbistanının Əfqanıstandakı səfirliyi 2021-ci ildən bəri ilk dəfə olaraq fəaliyyətini bərpa edib
Qeyd edilir ki, bu addım Səudiyyə Ərəbistanı hökumətinin əfqan xalqına bütün xidmətləri göstərmək istəyinin nəticəsidir.
2021-ci ilin avqustunda Səudiyyə Ərəbistanı Talibanın hakimiyyəti ələ keçirməsi ilə bağlı “qeyri-sabit şərait” səbəbindən diplomatlarını Kabildən çıxardığını elan edib.
Xuraman Etibarlı
İnterpress.az