Rusiyada avtomobili insanların üzərinə uçub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Sankt-Peterburqda maşın sürətlə insanların üzərinə uçub. Nəticədə 6 nəfər, o cümlədən 13 yaşlı qız xəsarət alıb.
Bazar günü axşam saatlarında piyada keçidində “Opel” və “Cili” markalı avtomobillər toqquşub. İkinci avtomobil keçidin yaxınlığındakı insanların üzərinə düşüb.
Qəza nəticəsində 6 piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib və vəziyyətləri orta-ağırdır.
Hadisə şahidlərinin sözlərinə görə, “Cili”i 25 yaşlı kişi idarə edib. O, hadisə yerindən qaçıb və axtarılır.
Avtomobilin keçməsinə icazə verməyən və qəza törədən 50 yaşlı xanım isə bu il iki dəfə yol hərəkəti qaydalarını pozub.
Faktla bağlı cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az