Ermənistanın keçmiş müdafiə nazirinin mənzilinə və 4 daşınmaz əmlakına HƏBS QOYULDUbackend

Ermənistanın keçmiş müdafiə nazirinin mənzilinə və 4 daşınmaz əmlakına HƏBS QOYULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyanın mənzilinə və 4 vahid daşınmaz əmlakına həbs qoyulub.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

İrəvan həmçinin ABŞ-dəki həmkarlarına Massaçusetsdə 2 milyon 50 min dollar dəyərində malikanənin həbsi üçün əsaslar təqdim edərək sorğu göndərib.

Vigen Sarkisyan hərbçilər üçün mənzillərin bölüşdürülməsində və 100 milyon dolların yuyulmasında dələduzluqda ittiham olunur.

Keçmiş nazir özü bunu “siyasi təqibin təzahürü” adlandırıb.

Xuraman Etibarlı

İnterpress.az