Xöşbəxtliyin formulunu axtarırısan…backend

Xöşbəxtliyin formulunu axtarırısan…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1. Özünü idarə et, hissərinə hakim ol. Kiçik şeylərə görə incimə. Çalış ki, sənə yaxın olan insanlarla mübahisə etməyəsən, bağışlamağı bacar. Bağışlayaraq hirs və qısqanclıq hisslərindən azad olacaqsan. Unutma ki, bu hislər ən çox sənə ziyan verir.

2. Dünyaya yumor hissi ilə baxmağa çalış. Hətta əgər sən narahat olur və ya çətin bir vəziyyətə düşmüsənsə, buna rəğmən gülümsə və de ki, \”Bu da keçəcək\”. İnanılmazdı, amma buna həqiqətən inansan, onda pis şeylər doğurdan da keçəcək.

3. Bütün dünyaya küsərək evdə oturma! Əmin ol, küçədə, dostların-tanışların əhatəsində əhval-ruhiyyə pis olmur!

4. Həyatına yeniliklər gətir. Vaxtaşırı vərdişlərini dəyiş, məsələn: təzə hobbiyə başla və yaxud geyim tərzinizi dəyiş.

5. İstirahət etməyi bacar! Hansısa çətin işi yerinə yetirdikdə xoş bir şey haqda düşün. Məsələn dostlarınla və yaxud sevdiyinlə görüş barədə.

6. Üzgüçülüklə məşğul ol. Su tonus və əhval-ruhiyyəni qaldırır, bədənə istirahət etməyə kömək edir.

7. Dayan və düşün. Bəzən insanlar düşünməyə vaxt tapa bilmirlər. Unutma ki, otağımızı müntəzəm təmizlədiyiniz kimi fikirlərimizi, məqsədlərimizi və münasibətlərimizi də qaydaya salmalıyıq.

8. Həyata daha asan münasibət bəslə. Çalış ki, diqqətini ancaq indi gördüyün işə yönəldəsən. Kiçik nailiyyətlərini də sevin. Həyat kədərlənmək və özünü günahlandırmaq üçün çox qısadır!

9. Perspektiv hissini qoru. Həyat özü bir hərəkətdir. Bu gün sənin üçün faciə olan bir şey sabah sənin üzünü güldürə bilər. Boşuna demirlər ki, gecənin xeyrindən gündüzün şəri yaxşıdı.

10. Xoşagəlməz şeyləri unut. \”Hərəkət edin ki, sizin hissləriniz də hərəkət etsin\”- psixoloq Merlin Dilfort belə hesab edir.
Unutma ki, sən öz hisslərinə və emosiyalarına görə məsuliyyət daşıyırsan.

İnterpress.az