Qazaxıstan və Yaponiya ikitərəfli münasibətlərin inkişafı üçün əsas istiqamətləri müzakirə ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat verib.
Tokioda Qazaxıstan XİN rəhbəri ilə onun yaponiyalı həmkarı İvaya arasında görüş olub.
Qazaxıstan-Yaponiya strateji tərəfdaşlığının perspektivləri, ticarət-iqtisadi əlaqələrin inkişafı, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət müzakirə edilib.
Əsas diqqət “Mərkəzi Asiya + Yaponiya” dialoqunun gücləndirilməsi, iqtisadi əlaqələrin və mədəni mübadilələrin genişləndirilməsinə yönəldilib.
Nəticədə gələcək əməkdaşlığın prioritet istiqamətlərini əks etdirən 2025-2026-cı illər üçün Fəaliyyət Planı imzalanıb.
Xuraman Etibarlı
İnterpress.az