ABŞ Körfəz ölkələrinə veto qoyub: Livana yardım yoxdur.
İnterpress.az xəbər verir ki, bu barədə Livanın “Əl Əxbar” qəzeti ərəb diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Vaşinqton Qətər və Səudiyyə Ərəbistanı da daxil olmaqla Körfəz ölkələrini məlumatlandırıb ki, İranla münasibətlərdə inkişafı və Beyrutun ABŞ-nin iqtisadi, siyasi və təhlükəsizlik şərtlərinə reaksiyasını gözləyərkən bu mərhələdə Livana maliyyə dəstəyi vermək qadağandır.
Mənbələr bildiriblər ki, elan edilməmiş “veto” Livan və İsrail arasında maneələri aradan qaldırmaq və Hizbullahı tərksilah etmək məqsədinə çatana qədər “maksimum təzyiq” siyasətinin bir hissəsidir.
Qeyd olunur ki, Amerikanın bu qərarı Livanla məhdudlaşmır, Suriyanı da əhatə edir.
Xuraman Etibarlı
İnterpress.az