İran və İraq qum fırtınasına MƏRUZ QALDI – FOTObackend

İran və İraq qum fırtınasına MƏRUZ QALDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və İraq qum fırtınasına məruz qalıb.

İnterpress.az xəbər verir ki, İranın bir sıra əyalətlərində güclü qum fırtınaları və yüksək səviyyəli hava çirkliliyi səbəbindən dövlət qurumları və təhsil müəssisələrində işlər dayandırılıb.

Səlahiyyətlilər sakinləri mümkünsə evdə qalmağa çağırır.

Güclü qum fırtınası İraqı da vurub. Uşaqlar da daxil olmaqla 1800-dən çox insan boğulmadan əziyyət çəkib, onlardan 700-dən çoxu xəstəxanaya çatdırılıb.

Təbii fəlakət Nəcəf və Bəsrə hava limanlarının işini iflic edib.

Xuraman Etibarlı

İnterpress.az