Finlandiyada polis, demək olar ki, 50 ildən sonra ilk dəfə tətil edib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media polis saytına istinadən məlumat yayıb. Bildirilir ki, Finlandiya polisi 1976-cı ildən bəri ilk dəfə maaşlarla bağlı tətil keçirib.
Finlandiyada polis tətili aprelin 15-də başlayıb.
Qərbi Uusimaa bölgəsində polis tətil edir, burada bütün polis məntəqələri iki gün – 15 və 16 aprel tarixlərində bağlanacaq.
Departament qeyd edib ki, polis patrulları vətəndaşların həyatına və ya sağlamlığına təhlükələrin qarşısını almaq və ya əmlakı qorumaq üçün tapşırıqları yerinə yetirməyə davam edəcək.
Lakin Qərbi Uusimaadakı dörd polis məntəqəsinin hamısı tətil zamanı ziyarətçilər üçün bağlanacaq.
Espoodakı əsas regional ofis, eləcə də Kirkkonummi, Lohja və Raseborgdakı ofislər fəaliyyət göstərməyəcək.
“Qərbi Uusimaa polisi tərəfindən cinayət xəbərlərinin qəbulu bütün polis məntəqələrində bağlanıb”, – polis saytında deyilir.
Xuraman Etibarlı
İnterpress.az