Ağ Ev Çini 245% tariflərlə HƏDƏLƏDİbackend

Ağ Ev Çini 245% tariflərlə HƏDƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev Çini ABŞ tariflərinə qarşı cavab tədbirləri üçün 245% tariflərlə hədələyir.

İnterpress.az xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş rəsmi bəyanatda deyilir. Çin ABŞ-nin rüsumlarına cavab olaraq 245 faizlik tariflərlə üzləşə bilər.

Hazırda ABŞ-yə daxil olan Çin mallarına 145% rüsum tətbiq edilir. Pekin buna cavab olaraq Amerika məhsullarına 125% rüsum tətbiq edib.

Daha əvvəl WSJ yazmışdı ki, ABŞ Çinin iqtisadi təcrid edilməsi müqabilində ticarət tərəfdaşlarına tarif endirimlərini təklif edəcək.

Məqalədə deyilir ki, danışıqların 70-dən çox ölkə ilə aparılması planlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az