FTX terror aktının QARŞISINI ALDI – VİDEObackend

FTX terror aktının QARŞISINI ALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhlükəsizlik qüvvələri Pyatiqorskda terror aktının qarşısını alıb. 

İnterpress.az xəbər verir ki, bu barədə FTX məlumat verib.

Təhlükəsizlik qüvvələri Pyatiqorskda Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı olan şəxs tərəfindən planlaşdırılan terror aktının qarşısını alıb.

Hadisəni törədən şəxs saxlanılıb, yaşadığı ünvanda içərisində yandırıcı qarışıq olan butulkalar aşkar edilərək götürülüb.

Cinayətkar Pyatiqorskdakı istirahət mərkəzlərindən birində terror aktı törətdikdən sonra hərbi əməliyyatlarda iştirak etmək üçün Suriyaya getməyi planlaşdırırdı.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, terror aktı hazırladığı üçün saxlanılan şəxsin kuratorları Ukraynada olub.

Xuraman Etibarlı

İnterpress.az