İsrail ordusu “Moraq” oxunda əməliyyatlarını davam etdirir.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Əməliyyat zamanı ordu qüvvələri HƏMAS-ın infrastrukturunu, o cümlədən silah anbarını və yaraqlıların fəaliyyət göstərdiyi obyektləri aşkar edərək məhv edib.
Bundan əlavə, bu təşkilata məxsus Şabura batalyonunun təlim kompleksi məhv edilib.
Xuraman Etibarlı
İnterpress.az