HƏMAS-da NARAZILIQ – Təşkilat artıq silahlılarına pul VERƏ BİLMİRbackend

HƏMAS-da NARAZILIQ – Təşkilat artıq silahlılarına pul VERƏ BİLMİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS problem içindədir. Təşkilat artıq öz terrorçularına pul verə bilmir və qəzzalılar arasında narazılıq artır.

İnterpress.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

HƏMAS daha gəlir mənbəyi olan humanitar yardımları satırdı ki, bu yardımların da qarşısını İsrail kəsə bilib.

WSJ yazır ki, nəticədə HƏMAS martın ortalarından ciddi maliyyə çətinlikləri yaşayır.

Nəşrin yazdığına görə, əvvəllər ayda 200-300 dollar maaş alan terrorçular indi bunun ancaq yarısını alırlar.

Bundan əlavə, İsrail Qəzza zolağında yeni əməliyyatlarda HƏMAS-ın ən azı bir əsas maliyyəçisini və bir neçə siyasi xadimi sıradan çıxarıb və bu da təşkilatın pul axınına ziyan vurub.

Bu arada Qəzza zolağında HƏMAS-a qarşı müqavimət artır. Aprelin 16-da sakinlər növbəti dəfə “Rədd olsun HƏMAS!” kimi şüarlarla nümayiş keçiriblər.

Şahidlərin sözlərinə görə, bu, son illərin ən böyük etiraz aksiyalarından biri olub.

“Bu, sadəcə etiraz deyil, minlərlə insanın kömək nidasıdır. Uşaqlarımızı dəfn edərkən HƏMAS-ın bizim adımızdan danışmasından bezdik. Biz sülh istəyirik. Yaşamaq istəyirik”, – İştirakçılardan biri deyib.

İsrailin Qəzza zolağındakı hədəflərə yenidən hava zərbələri endirməsi və terrorçuların pul təminatını tədricən kəsməsi ilə əhalinin özünə inamı artır.

Xuraman Etibarlı

İnterpress.az