İsrailin mərkəzindəki Lod şəhərində terror aktı hazırlayan iki yeniyetmə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Bildirilir ki, iki yeniyetmə – 16 və 17 yaşlı bir israilli və bir fələstinli İŞİD-in təsiri altında İsrailin Lod şəhərində sinaqoqda terror aktı planlaşdırmaqda ittiham olunur.
Qeyd olunur ki, israilli yeniyetmə İŞİD nümayəndələri ilə sosial şəbəkələrdə əlaqə yaradıb və onlar ona təşkilat adından terror aktı törətməyi təklif ediblər.
O, sabah səhər sinaqoqa silahlı hücum etməyi planlaşdırırdı.
Xuraman Etibarlı
İnterpress.az