Rusiyada və Avrasiyada ən yüksək aktiv vulkan oyanaraq püskürməyə başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Gecə alimlər Kamçatkadakı Klyuçevskaya Sopka vulkanı üzərində parıltı qeydə alıblar. Bir neçə dəqiqə davam edib və yeni püskürmə başlayıb.
Burada sonuncu püskürmə 2023-cü ildə olub.
Xuraman Etibarlı
İnterpress.az