Türkiyədə çay bağçasındakı dekorativ hovuzda 4 nəfər cərəyan vurub.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Kırklarelidə Yayla Məhəlləsində Mehmet Akyürek Yayla Parkında 5 yaşlı uşaq müvazinətini itirərək dekorativ hovuza yıxılıb. Ətrafdakılar uşağı xilas etmək istəyiblər. 3 nəfər hovuza girərkən onları elektrik cərəyanı vurub.
Elektrik cərəyanı vuran uşaq ilk müalicəsinin ardından Tekirdağ Şəhər Xəstəxanasına göndərilib, 3 nəfərin Kırklareli Təhsil və Araşdırma Xəstəxanasında müalicəsi davam edir.
Trakya Elektrik Dağıtım A.Ş. (TREDAŞ) qrupları hovuzda etdikləri araşdırma zamanı torpaqlama olmadığını təyin etdi.
Dünən müəssisə sahibi və daha 2 nəfər saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az