“Coachella” festivalında QALMAQAL: İsrail əleyhinə şou NÜMAYİŞ ETDİRİLDİbackend

“Coachella” festivalında QALMAQAL: İsrail əleyhinə şou NÜMAYİŞ ETDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kaliforniyada “Coachella” festivalında qalmaqal baş verib. “Kneecap” qrupu İsrail əleyhinə şou nümayiş etdirib.

İnterpress.az xəbər verir ki, Kaliforniyada keçirilən “Coachella” musiqi festivalı böyük qalmaqalın mərkəzində olub.

İrlandiyalı hip-hop qrupu “Kneecap” orada İsrail əleyhinə çıxış edib. Səhnə arxasındakı ekranda İsraili “Fələstin xalqına qarşı soyqırım”da, ABŞ-ni isə “şəriklikdə” ittiham edən şüarlar nümayiş etdirilib.

Boynunda Fələstin şərfi ilə çıxış edən qrup üzvlərindən biri səhnədən qışqırıb:

“Fələstinlilərin başqa yeri yoxdur. Ora onların evidir və onlar (İsrail) oranı havadan bombalayır. Bu soyqırım deyilsə, bəs nədir?”.

Onlar “Fələstinə Azadlıq, Azadlıq ” şüarlarını səsləndirməyə başlayıb və izdiham toplaşıb.

Tamaşaçılar arasında İrlandiya və Fələstin bayraqları görünüb. Almaniyadan olan sosial media istifadəçilərini Kneecap-ın iyun ayında Almaniyanın “Hurricane” və “Southside” festivallarında çıxış etməyi planlaşdırması xüsusilə qəzəbləndirib.

Xuraman Etibarlı

İnterpress.az