Dünyada İLK: BƏƏ qanunları yazmaq və yeniləmək üçün süni intellektdən İSTİFADƏ EDƏCƏKbackend

Dünyada İLK: BƏƏ qanunları yazmaq və yeniləmək üçün süni intellektdən İSTİFADƏ EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BƏƏ dünyada qanunları yazmaq və yeniləmək üçün süni intellektdən istifadə edən ilk ölkə olacaq.

İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Hakimiyyət qanunvericilik prosesinin daha sürətli və dəqiq olması üçün süni intellekt tətbiq etmək niyyətindədir.

Nəşr yazır ki, yeni qurum Tənzimləyici Kəşfiyyat İdarəsi qanunların cəmiyyətə və iqtisadiyyata təsirini izləmək və mütəmadi olaraq dəyişikliklər təklif etmək üçün süni intellektdən istifadə edəcək.

Hökumət süni intellektin qanunların qəbulunu 70% sürətləndirəcəyini gözləyir.

Bununla belə, ekspertlər süni intellektlə bağlı qərarların gözlənilməzliyindən tutmuş potensial qərəzliliyə və konteksti başa düşməməyə qədər risklər barədə xəbərdarlıq edirlər.

Xuraman Etibarlı

İnterpress.az