Tbilisidə etirazçılarla polis arasında toqquşma olub.
İnterpress.az xəbər verir ki, gürcü mediası məlumat yayıb.
Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında nümayişçilərlə polis arasında toqquşma olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə nəfəri hadisə yerindən uzaqlaşdırıblar, lakin onların rəsmi saxlanılıb-saxlanılmaması hələlik məlum deyil.
Hadisə polisin yolun boşaldılmasını tələb etməsindən sonra baş verib. Nümayişçilər imtina etdikdən sonra toqquşma başlayıb.
Rustaveli prospektində aksiya günorta saatlarında başlayıb. Etirazçılar dünən iki nəfərin həbsinə etiraz edirlər.
Xuraman Etibarlı
İntertpress.az