İlon Mask ABŞ administrasiyasını tərk etməyə hazırdır – “Washington Post”backend

İlon Mask ABŞ administrasiyasını tərk etməyə hazırdır – “Washington Post”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlon Mask ABŞ administrasiyasını tərk etməyə hazırdır.

İnterpress.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinə (DOGE) nəzarət edən İlon Mask siyasi solun hücumlarından yorulan ABŞ administrasiyasını tərk etməyə hazırdır.

Nəşr qeyd edir ki, Maskın gedişinin dəqiq tarixi hələlik məlum deyil, lakin onun xüsusi dövlət işçisi statusunun mayın sonunda başa çatacağı gözlənilir.

Nəşrin adı açıqlanmayan mənbəsinin sözlərinə görə, milyarder “solçu siyasətçilərin xoşagəlməz və qeyri-etik hücumlarına dözməkdən yorulub”.

Nəşrin mənbəsinin qeyd etdiyi kimi, Mask hesab edir ki, onun yoxluğu DOGE-nin işinin səmərəliliyinə mənfi təsir göstərməyəcək, çünki departamentin əməkdaşları prosesi artıq qurublar.

Xuraman Etibarlı

İnterpress.az