Kəşmirdə TERROR AKTI: 5 turist öldü, 8-i yaralandıbackend

Kəşmirdə TERROR AKTI: 5 turist öldü, 8-i yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəşmirdə yaraqlıların onlara atəş açması nəticəsində azı 5 turist ölüb, 8-i yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, çərşənbə axşamı günü Hindistanın Kəşmir bölgəsində silahlıların onlara atəş açması nəticəsində azı beş turistin öldüyü və səkkiz nəfərin yaralandığı bildirilir.

Qeyd olunur ki, bu, demək olar ki, son bir ildə bu ərazidə baş verən ən böyük hücumdur.

Hadisə minlərlə turisti tez-tez cəlb edən müsəlmanların çoxluq təşkil etdiyi ərazi Pahalqamda baş verib. Yerli polis hadisəni terror aktı kimi qiymətləndirir.

Xuraman Etibarlı

İnterpress.az