Nəsli kəsilməkdə olan yüzlərlə koala helikopterdən GÜLLƏLƏNDİbackend

Nəsli kəsilməkdə olan yüzlərlə koala helikopterdən GÜLLƏLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyada yüzlərlə koala helikopterdən güllələnib. Sanksiya ştat hökuməti tərəfindən verilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. Avstraliya hakimiyyəti Viktoriya ştatında koalaların kütləvi şəkildə məhv edilməsinə rəsmən sanksiya verib.

Nəşr yazır ki, snayperlər helikopterdən 700-dən çox heyvanı vurub. Hadisədən sonra hakimiyyətin hərəkətləri heyvan hüquqları müdafiəçiləri tərəfindən tənqid edilib.

Rəsmilərin sözlərinə görə, bölgədə baş verən yanğınların nəticələri onları radikal qərar qəbul etməyə sövq edib. Yanğın 2025-ci ilin martında təxminən 2000 hektar kol-kos sahəsini məhv edib, heyvanlar qidasız, susuz və aclıq astanasında qalıb.

Ştatın Baş naziri Xacinta Allan səlahiyyətlilərin “hərtərəfli qiymətləndirmələr” apardıqdan sonra çətin qərarı qəbul etdiyini söyləyib.

Bununla belə, Koala Xilasetmə Assosiasiyasının prezidenti Cess Robertson hesab edir ki, helikopterdəki snayperlər heyvanın sağlamlığını, koalanın körpələrinin olub-olmadığını və ya hamilə olduğunu müəyyən edə bilməyiblər. Bu o deməkdir ki, bu qərar yeganə düzgün qərar ola bilməzdi. Bu tədbirlər deputatlar tərəfindən də tənqid edilib.

Üstəlik, hələ 2022-ci ildə nəsli kəsilməkdə olan heyvanlar siyahısına koalalar əlavə edildi. Heyvanların kəskin azalması onların yaşayış yerlərinin daralması ilə bağlıdır.

Koalalar əsasən evkalipt yarpaqları ilə qidalanır və bu bitki son vaxtlar yanğınların artması ilə təhdid edilir.

Xuraman Etibarlı

İnterpress.az