Anti-terror əməliyyatları ölkənin Qaziantep şəhərində keçirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərdə yerləşən evlərə baxış keçiriblər.
Baxış zamanı oradan müxtəlif növ partlayıcı maddələr, \”Kalaşnikov\” silahı, kustar üsullarla hazırlanan tüfənglər, mərmilər və bomba hazırlamaq üçün lazım olan ləvazimatlar ələ keçirilib.
Həmçinin əməliyyatlar zamanı bomba hazırlamağı öyrətmək üçün nəzərdə tutulan videolar müəyyən edilib.
Qrup Türkiyədə böyük terror hadisələri törətməyi planlaşdırıb.
Polis həmçinin sərhəddən Suriyaya keçməyə hazırlaşan 10 nəfəri həbs edib. Onlardan 9 nəfəri xarici ölkə vətəndaşıdır. Həbs olunanlar arasında Azərbaycan vətəndaşları da var.
Həmçinin İran, Tacikistan və Qırğızıstan vətəndaşları da Suriyaya keçməyə hazırlaşarkən saxlanılıb.
Aprelin 1-də isə Türkiyədə terror törətmək istəyən 5 İŞİD terrorçusu müəyyən edilmişdi.
Onlardan biri Azərbaycan əsilli olsa da Rusiya vətəndaşı olub. İsa Tupolovun hələ də Suriyanın Rai şəhərində olduğu deyilirdi.
Həmin vaxt onların Türkiyə ilə yanaşı Azərbaycanda da terror aktları törətməyi planlaşdırdığı barədə məlumat yayılmışdı. Amma məlumat öz təsdiqini tapmadı.(ans)
İnterpress.az