Fars İnformasiya Agentliyinin verdiyi məlumata görə, Ayətullah Möhsün Müctehid Şəbistəri Azərbaycan Respublikası parlamentinin dini-mədəni məsələlər üzrə komissiyasının sədri Mübariz Qurbanlı ilə görüşündə deyib: Bizim dini öhdəliyimiz tələb edir ki, haqqı söyləyək və məzlumların yanında duraq, biz sona qədər bu metodu davam etdirəcəyik, Qarabağ islam torpaqlarıdır və Azərbaycana qaytarılmalıdır ona görə ki, islamın təninin bir parçasıdır.
Ümumdünya Əhli-beyt (ə) assambleyasının ali şurasının sədri həmçinin deyib: Düşmən müsəlmanlara qarşı yorucu hərəkətlər ardıncadır, bu kimi şeytanlıqlar qarşısında tam birləşmli və həmrəy olmalıyıq ona görə ki, and içmiş düşmən məğlubiyyətə uğrasın.
Müctehid Şəbistəri deyib: Gənclərimizin islam və Quran təlimləri ilə ünsiyyətdə olmaları üçün müəyyən təşəbbüslər həyata keçirilməlidir ona görə ki, gənclər və cəmiyyət üzvləri nəqədər din ilə ünsiyyətdə olarlarsa bir o qədər cəmiyyətin izzət və şərəfi yüksələcək, Azərbaycanın da bu reallığa ciddi yanaşması öz töhfəsini verər.
Ayətullah Şəbistəri dindarlığın cəmiyyətdə sabitlik və təhlükəsizliyə səbəb olduğunu bildirərək deyib: Azərbaycan rəhbərlərinin ruhanilərə dəstək vermələri və onların potensiallarından istifadə etmələri dini təlimlərin geniş yayılmasına gətirib çıxarar.
İnterpress.az