Britaniyalı qızın Tbilisidə külli miqdarda narkotiklə həbsinin TƏFƏRRÜATLARI – FOTO/VİDEObackend

Britaniyalı qızın Tbilisidə külli miqdarda narkotiklə həbsinin TƏFƏRRÜATLARI – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyadan olan qızın Tbilisi hava limanında külli miqdarda narkotiklə həbs edilməsinin təfərrüatları məlum olub.

İnterpress.az xəbər verir ki, bu barədə “Mirror” yazıb. Bu xəbər dünən böyük rezonansa və çaşqınlığa səbəb olub.

Xatırladaq ki, Gürcüstan Daxili İşlər Nazirliyi axtarış zamanı gənc qızın yükündən 14 kq narkotikin (12 kq marixuana və 2 kq həşiş) müsadirə edildiyini bildirib.

“Mirror” nəşri bu işin gözlənilməz təfərrüatlarını yazır. 4 gündür “Tailandda itkin düşən” britaniyalı qız Gürcüstanda “narkotik cinayətlərinə görə” həbs edilib.

Tissayddan olan 18 yaşlı Bella Mey Kallinin bir neçə gün əvvəl Pattaya bölgəsində itkin düşdüyü bildirilmişdi, lakin indi onun Tbilisidə həbs olunduğu təsdiqlənib.

Bella Mey Kallinin anası Liann Kennedi çərşənbə axşamı səhər bildirib ki, qızının sonuncu dəfə Pattaya bölgəsində göründüyü deyilir və şənbə günündən bəri ailəsi ilə əlaqə saxlamır.

18 yaşlı gəncin ailə üzvləri Bellanı tapmaq üçün Tailanda uçublar və anası Tiflisdə həbs xəbərindən hamının dəhşətə gəldiyini deyib.

İndi qızı 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az