Haker 60-dan çox Amerika rəsmisinin əlaqə və yazışmalarına giriş əldə edə bilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hücum Trampın keçmiş milli təhlükəsizlik müşaviri Mayk Uolts tərəfindən istifadə edilən Signal messencerinin dəyişdirilmiş versiyası olan TeleMessage proqramının sındırılması nəticəsində baş verib.
Nəşr qeyd edir ki, qurbanlar arasında Məxfi Xidmət zabitləri, Gömrük və Sərhəd Mühafizəsinin əməkdaşları, bir neçə diplomat və bir Ağ Ev əməkdaşı var.
Xuraman Etibarlı
İnterpress.az