Berlin təhlükəsizlik xidmətləri islamçılarla radikal solçular arasında İsrailə nifrətdən irəli gələn ittifaq barədə xəbərdarlıq edib.
İnterpress.az xəbər verir ki, Berlinin Konstitusiyanın Mühafizəsi İdarəsinin yeni hesabatı narahatedici tendensiyadan bəhs edir: islamçılarla solçu ekstremistlər arasında İsrailə, yəhudilərə və polisə nifrətə əsaslanan yaxınlaşma.
Departamentə görə, Fələstinə dəstək nümayişlərində iştirak edənlər “hadisələrdən antisemitizm və İsrail əleyhinə təbliğat platforması kimi istifadə ediblər”.
Sənəddə vurğulanır ki, Berlindəki nümayişlər HƏMAS və Hizbullah terror təşkilatlarının, eləcə də İran rejiminin cinayətlərinə haqq qazandırıb, hətta tərifləyib.
Hesabat müəllifləri qeyd edirlər ki, “radikalların özəyini islamçı və solçu ekstremistlərdən ibarət qruplar təşkil edir”.
Hesabatda Berlində nümayiş zamanı polis maşınının yandırılması və polis əməkdaşının döyülməsi də daxil olmaqla, polisə hücum halları da qeyd edilir.
Eyni zamanda, fəalların sosial şəbəkələrdə “qanunsuz və aqressiv polis” haqqında yalan imic yaydıqları iddia edilir.
Xuraman Etibarlı
İnterpress.az