İnterpress.az-ın xəbərinə görə bu barədə Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova jurnalistlərə verdiyi açıqlamasında söyləyib.
O, Dağlıq Qarabağ münaqişəsinin qurumun illik ssesiyasında ciddi müzakirə olunacağını vurğulayıb:
“Aprel hadisələrindən sonra Dağlıq Qarabağ məsələsi bir çox müstəvidə dünya gündəmini zəbt etdi.Bu gün artıq beynəlxaq təşkilatların heç bir rəsmisi bu məsələyə münasibət bildirmədən yan keçə bilmir.
ATƏT PA-nın bu dəfəki illik ssesiyasında qurumun Dağlıq Qarabağ münaqişəsindəki rolunu artırmaq barədə müzakirələr aparılacaq. Atəşkəsin sülh üçün bir mexanizm olması haqqında həm onların fikirlərini öyrənəcəyik həm də öz mövqeyimizi bildirəcəyik”.
Bahar Muradova hazırkı atəşkəsin məsələnin həllinə yönəlməli olduğunu söyləyib:
“Ona görə də ATƏT məsələnin məhz bu tərəflərini dəyərləndirməli və bu istiqamətdə ciddi töhfə verməlidir. Bu, bizim birmənalı tələbimiz və mövqeyimiz olacaq”.
Vitse-spiker Qazaxıstan səfərindən danışaraq bildirib ki, bu konfransda əsas mövzu dinlərin terrorizmə qarşı mübarizəsi olacaq:
“Qazaxıstana dəvət edildiyim beynəlxaq konfrans ölkə senatı sədrinin təşəbüssü ilə keçirilir. Konfransın adı “Dinlər terrorizmə qarşı”dır. Bu mövzuda konfransda istər dini, dini-etnik zəmində və ərazi iddiları kontekstində olan fikirlərimzi bildirəcəyik”.
O deyib ki, konfrans iştirakçılarının diqqətini Dağlıq Qarabağ münaqişəsinə çəkəcək:
“Əlbəttə, mən də bir Azərbaycan təmsilçisi kimi Qazaxsıtanda baş tutacaq konfransda iştirakçılarının diqqətini Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini və Dağlıq Qarabağ münaqişəsinə çəkəcəm”.
Amma kofransın əsas müzakirə mövsuzu dinlərin terrozimə qarşı qoyulması olacaq.
İnterpress.az