Rusiyada şiddətli millətlərarası toqquşma BAŞ VERDİ – FOTO/VİDEObackend

Rusiyada şiddətli millətlərarası toqquşma BAŞ VERDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krasnoyarskda şiddətli millətlərarası toqquşma baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Krasnoyarskda Çin və Özbəkistandan olan işçilər arasında kütləvi millətlərarası dava baş verib.

Bir neçə nəfər ağır kəllə-beyin travması alıb, başı yarılıb və xəstəxanada müalicə olunmalı olub.

Dava mayın 19-da Krasnoyarskın Leninski rayonunda küçədə baş verib. Davanın bütün iştirakçıları Çinin “CRCC Rus” tikinti şirkətinin işçiləridir.

Xuraman Etibarlı

İnterpress.az