Putindən SƏRƏNCAM: FTX, polis və kilsə ruslara uşaq tərbiyələndirməyi ÖYRƏDƏCƏKbackend

Putindən SƏRƏNCAM: FTX, polis və kilsə ruslara uşaq tərbiyələndirməyi ÖYRƏDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin FTX, polis və Rus Pravoslav Kilsəsinə ruslara uşaq tərbiyələndirməyi öyrətməyi tapşırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Vladimir Putin bütün məktəblərdə “vahid təhsil məkanı” təşkil edəcək və “ənənəvi mənəvi-əxlaqi dəyərləri” təbliğ edəcək idarələrarası qrupun yaradılması haqqında sərəncam imzalayıb.

Sükan arxasında Sergey Kiriyenko dayanır. Qrupa FTX rəhbərinin müavini, Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin nümayəndələri, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti (VGTRK) və Birinci Kanalın rəhbərləri, həmçinin Putinin mənəvi müəllimi sayılan Metropolitan Tixon daxildir.

2030-cu ilə qədər ölkədə gənclər arasında vətənpərvərlik tərbiyəsinin əhatə dairəsini üç dəfə – 28 faizdən 75 faizə çatdırmaq planlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az