İsrail ordusu Qəzza sakinlərini HƏMAS komandirlərini qovmağa çağırıb, onların yerləşdiyi yerləri açıqlayıb.
İnterpress.az xəbər verir ki, İsrail ordusunun sözçüsü Adrai özünün X hesabında HƏMAS komandirlərinin Qəzza zolağında yerləşdiyi yerləri dərc edib.
O, bu ərazilərdə yaşayan insanları özləri qovmağa çağırıb.
“HƏMAS sizin mülki infrastrukturunuzdan və resurslarınızdan terror fəaliyyətləri üçün istifadə edir. Biz sizi terrorçu ünsürləri içinizdən çıxarmağa və sizə yaxın olan HƏMAS strukturlarından uzaq durmağa çağırırıq”, – o vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az