Ermənistan İstintaq Komitəsinin əməkdaşı 600 min dollar pulun oğurlanması ilə bağlı saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Ermənistan İstintaq Komitəsinin əməkdaşı idarələrdən birinin binasından 600 min dollara yaxın pulun oğurlanması ilə bağlı saxlanılıb.
Onların məlumatına görə, saxlanılan şəxs hazırda Korrupsiyaya Qarşı Mübarizə Komitəsində saxlanılır.
İstintaq Komitəsinin mətbuat xidməti hadisə ilə bağlı məlumatı şərh etməyəcəklərini bildirib.
Media daha əvvəl İstintaq Komitəsinin İqtisadi Cinayətlərə və Qaçaqmalçılığa Qarşı İstintaq İdarəsinin binasından orada maddi sübut kimi saxlanılan 590 min dolların oğurlandığını bildirmişdi.
Xuraman Etibarlı
İnterpress.az