Təyyarələrdə 2026-cı ildə ayaq üstə yerlər olacaq.
İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” xəbər verir. Aviaşirkətlər adi kresloların əvəzinə tutacaqları olan xüsusi “yəhərlər” hazırlayırlar.
Təyyarə oturacaqlarının istehsalçısı “Avionteriors” təyyarələrdə oturmaq üçün yeni konsept üzərində işləyir: düz oturmağa və bir qədər arxaya əyilməyə imkan verən dik oturacaqlar.
Bu yenilik sərnişinlərin sayını 20% artıra və biletlərin qiymətini aşağı sala bilər.
Yeni dizaynlar artıq təhlükəsizlik testlərindən keçib, lakin onların yalnız iki saata qədər davam edən uçuşlarda istifadəsinə icazə veriləcək.
Xuraman Etibarlı
İnterpress.az