Ermənistanda ETİRAZ AKSİYASI: Ermənilər yolu BAĞLADIbackend

Ermənistanda ETİRAZ AKSİYASI: Ermənilər yolu BAĞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilər Erebunidə yolu bağlayıblar.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

İrəvanın Erebuni rayonunun sakinləri küçələrinin abadlaşdırılmasını tələb edərək, yolu bağlayıblar.

Etirazçıların sözlərinə görə, bir neçə ay əvvəl qaldırdıqları məsələlərə meriyadan heç bir reaksiya verilməyib və heç bir addım atılmayıb.

Onlardan biri qeyd edib ki, yolun acınacaqlı vəziyyətdə olması ciddi problemlər yaradır – maşınlar zədələnir, toqquşmalar baş verir.

Rayon icra başçısı Akop Balayan hadisə yerinə gələn zaman etirazçılara “Mən sizə tam təmirli yol vəd edirəm” deyib.

Daha sonra şəhər administrasiyasının mətbuat katibi Hayk Kostanyan bildirib ki, yolun əsaslı təmiri üçün tender aprelin 30-da elan edilib, lakin iştirak üçün müraciət daxil olmayıb.

Xuraman Etibarlı

İnterpress.az