Məşhur rektorun qardaşı oğlu dədləduz imiş?backend

Məşhur rektorun qardaşı oğlu dədləduz imiş?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hamlet İsaxanlının qardaşı oğlu Turan Suddar oğlu İsayevlə bağlı daxil olan şikayəti Abşeron rayon sakini Kəmalə Məhəmmədova yazıb.

K.Məhəmmədova bildirib ki, Turan İsayev 2013-cü ildə onun adına “VTB bank”dan 18 min dollar kredit götürüb. Bildirib ki, anası xərçəngdir və Türkiyədə müalicəyə aparmalıdır.

“Dedi ki, adına müxtəlif banklarda kredit olduğu üçün ona pul vermirlər. Bir yerdə işlədiyimizdən ona inandım və adıma kredit götürülməsinə razılıq verdim. Turan əvvəllər “Bank of Baku”, sonra “Nikoilbank”da işləyib. Daha sonra MSN Tour adlı turizm şirkəti yaradıb”.

Turan İsayev kreditin ödənişini vaxtında etmədiyi üçün bank Kəmalə Məhəmmədovanı məhkəməyə verib və pulu geri tələb edir. Bundan sonra şikayətçi Turan İsayev barəsində Xətai rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Hazırda işi baş müstəntiq Vüsal Şahbazov araşdırır. Araşdırmalar nəticəsində məlum olub ki, Turan İsayev Gürcüstan vətəndaşıdır və 2016-cı il yanvarın 3-də Azərbaycanı tərk edib.

Kəmalə Məhəmmədova deyir ki, onu dolandıran şəxsin əmisi Hamlet İsaxanlı ilə əalqə yaratmaq istəsə də, qəbuluna düşə bilməyib. Turanın Xəzər Universitetində işləyən digər əmisi İsaxan İsaxanlı isə bildirib ki, qardaşı oğlu barəsində artıq polisə şikayət etdikləri üçün onlara kömək etməyəcək.
Turan İsayevin xanımı Cəmalə İsayevanın atası da Xəzər Universitetində işləyir. Ona müraciət etdikdə isə bildiriblər ki, artıq evli deyillər, boşanıblar və bu məsələnin həmin ailəyə aidiyyatı yoxdur.

“Tək anama baxıram. O qədər pulum yoxdur ki, ödəyim. O vaxt “VTB bank”dan kredit verən şəxs də vaxtilə Turanın işçisi olub. Ona görə bankda bizim işimiz 5 dəqiqə çəkdi və bizə kredit tez bir zamanda verildi. Mən bunu bilmirdim. Məhkəmə zamanı öyrəndim. Ona görə hər şey belə tez oldu, bütün işləri əvvəlcədən ediblərmiş”.

Şikayətçi Gürcüstana, Turanın atasının yanına da gedib. Lakin atası bildirib ki, oğlu Türkiyədə olmalıdır və bu məsələnin ona aidiyyatı yoxdur.

K.Məhəmmədova məhkəmə prosesi zamanı Turanın 30-dan çox insanı bu cür yolla aldatdığını öyrənib. “Onun artıq bir çox banklara və insanlara borcu var”, deyə şikayətçi bildirib.
Bu, professor Hamlet İsaxanlının ailə üzvləri ilə bağlı ilk qalmaqal deyil. Qızı Ülkər İsayeva bir müddət əvvəl mətbuatın gündəmində şəxsi həyatı ilə qalmışdı. (modern.az)

İnterpress.az