HƏMAS və İsrail girovlarla razılaşma planını öyrənir.
İnterpress.az xəbər verir ki, bu barədə yüksək rütbəli Fələstin rəsmisi “Əl-Mayadeen” TV-yə deyib. Rəsmi bildirib ki, HƏMAS və İsrail girovlarla razılaşma planını öyrənir.
Plana 60 günlük atəşkəs və iki mərhələdə 10 yaşayan israilli girovun azad edilməsi daxildir.
Məlumata görə, təklif Fələstin əsilli amerikalı iş adamı Bşara Bihbahın vasitəçiliyi ilə edilib. O, Stive Vitkoffun razılığı və köməyi ilə hərəkət edir və İdan Aleksandrın azad edilməsi ilə bağlı razılaşmada da iştirak edib.
Xuraman Etibarlı
İnterpress.az