Rusiyada Polşanın nəzarətində olan islamçılar SAXLANILDIbackend

Rusiyada Polşanın nəzarətində olan islamçılar SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nijni Novqorod vilayətində Polşanın nəzarətində olan islamçılar saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, FTX əməkdaşları Nijni Novqorod vilayətində Rusiyada “terror təşkilatının qrupunun fəaliyyətini dayandırıb”.

Mərkəzi Asiya ölkələrindən birinin 7 vətəndaşı saxlanılıb. Kəşfiyyat xidmətinin məlumatına görə, onlar müsəlmanlar və miqrantlar arasında ekstremist ideologiyanı yayır, həmçinin özlərinə yeni tərəfdarlar toplayırdılar.

Agentliyin məlumatına görə, qrup Polşada yerləşən xarici kuratorun göstərişi ilə hərəkət edib.

Onlar müsəlmanlar arasında hakimiyyəti zorakılıqla ələ keçirmək və qondarma Dünya Xilafətini yaratmaq məqsədi daşıyan terror ideologiyasını yayırdılar.

Qrupun iki liderinə qarşı cinayət işi açılıb, digər üzvləri Rusiyadan çıxarılacaq.

Xuraman Etibarlı

İnterpress.az