Fransız jurnalist Makrona kömək istəməyi təklif edib.
İnterpress.az xəbər verir ki, bu barədə fransalı jurnalist sosial media hesabında bildirib.
Belə ki, fransız jurnalist Le Guen Makrona zorakılıq zamanı kömək istəməyi təklif edib:
“Emmanuel, məişət zorakılığının qurbanı olsanız, 39-19 nömrəsinə zəng edin. Tək olmayın. Bu çox ciddidir!”, – o yazıb.
Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron tərəfindən üzünə sillə vurması videosu sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.
Görüntülər “Associated Press” agentliyi tərəfindən prezident cütlüyünün Cənub-Şərqi Asiyaya səfərə gəldiyi Hanoy hava limanında lentə alınıb.
Kadrlarda Bricit Makronun təyyarənin qapısında görünən ərinin qəfildən hər iki əlini üzünə qaldırması görünür.
Bəzi internet istifadəçiləri bu jesti zarafatyana dava, bəziləri isə bunu sifətə vurulan sillə kimi qiymətləndirib.
Fransa prezidentinin özü təəccüblənsə də, cəld üzünü çevirir və getməyə davam edir.
Xuraman Etibarlı
İnterpress.az