İsraildə terror aktı hazırlayan İŞİD tərəfdarları saxlanılıb.
İnterpress.az xəbər verir ki, Şin Bet Təhlükəsizlik Xidməti və İsrail polisi İŞİD-ə beyət edən və terror aktı törətməyi planlaşdıran İsrail vətəndaşı olan üç şübhəli şəxsi həbs edib.
Dindirilmələr zamanı məlum olub ki, onlara partlayıcı qurğuların hazırlanması ilə bağlı Suriyadakı İŞİD nümayəndələri tərəfindən təlimat verilib.
Hətta güclü bomba yaratmaq və İsrail təhlükəsizlik qüvvələrinə hücum etmək üçün istifadə etmək məqsədi ilə partlayıcıları açıq ərazidə sınaqdan keçirib.
Xuraman Etibarlı
İnterpress.az