Tula bölgəsində pilotsuz təyyarənin hücumundan sonra işıq kəsilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Yerli sakinlərin sözlərinə görə, son bir saatda Tula üzərində çoxlu sayda partlayış səsləri eşidilib.
PUA-lar hücum etməyə çalışıb. Tulanın bir sıra rayonlarında elektrik enerjisi kəsilib.
KİV-in məlumatına görə, hazırda mütəxəssislər qəzanın nəticələrinin aradan qaldırılması üzərində işləyirlər. Blekautun səbəbi müəyyən edilməyib.
Hələlik rəsmi məlumat yoxdur.
Xuraman Etibarlı
İnterpress.az