Rusiya fotoqrafları xarici birja saytlarında LGBT simvolları ilə fotoşəkillər yerləşdirdiklərinə görə cərimələnməyə başlayıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilir ki, Maqnitoqorsk rayon məhkəməsi fotoqraf Tatyana Qladskixi Amerikanın Dreamstime saytında göy qurşağı simvolları olan şəkli yerləşdirdiyinə görə cərimələyib.
Bu cür anbar kadrları tələb olunur və media və reklam agentlikləri tərəfindən istifadə olunur.
Məhkəmənin fikrincə, fotoqraf “göy qurşağı bayrağının LGBT hərəkatının simvolu olduğunu” bilir.
Lakin Tatyana Rusiya Federasiyası Ali Məhkəməsinin qərarından xəbəri olmadığını təkid edir. Qadın günahını etiraf edib və fotoları silib. O, 2 min rubl cərimə edilib.
Xuraman Etibarlı
İnterpress.az