Bağçada tərbiyə alan uşaqlar həmyaşıdlarını vəhşicəsinə DÖYDÜLƏR – VİDEObackend

Bağçada tərbiyə alan uşaqlar həmyaşıdlarını vəhşicəsinə DÖYDÜLƏR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Perm uşaq bağçasında tərbiyə alanlar həmyaşıdlarını vəhşicəsinə döyüblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Hadisə mayın 23-də “Ulduzlu teatr” uşaq bağçasının paltardəyişmə otağında baş verib.

Uşaqlar gəzintidən qayıdıblar və oğlanlardan biri həmyaşıdını itələməyə başlayıb, yıxılanda isə onun başına və bədəninə vurmağa başlayıb.

Hücuma digər uşaqlar da qoşularaq yertdə uzanan uşağı vurublar.Tərbiyəçi həmin an ətrafda yox idi – o, digər uşaqlara soyunmağa kömək edirdi.

Zərərçəkənin anası bildirib ki, oğlunun üzərində hematomalar, sıyrıqlar və göyərmələr qalıb.

Eyni zamanda bağça işçiləri xəsarətləri allergiya ilə əlaqələndirməyə çalışıblar.

Qadın kamera görüntülərini görməyi tələb edib, bundan sonra qurum rəhbərliyi gördüklərindən şoka düşüb.

Xuraman Etibarlı

İnterpress.az