Belarusda yüksək rütbəli rus polisləri arasında atışma olub, onlardan biri ölüb.
İnterpress.az xəbər verir ki, hadisə Orşa-Vitebsk avtomobil yolunun Vısokoye kəndi yaxınlığında baş verib.
Səhər saatlarında Rusiya Daxili İşlər Nazirliyinin polkovnik-leytenantı və mayoru qovşağa gəliblər və aralarında “qəfil” münaqişə başlayıb. Bu zaman onlar travmatik tapançaları çıxarıb bir-birlərinə atəş açmağa başlayıblar.
Daha sonra atışma yerində 45 yaşlı rusiyalının meyiti tapılıb. Onun yanında dövlət nömrə nişanı olmayan “Lada” markalı avtomobil və tapança da atılıb. Sağ qalan şəxs saxlanılıb.
Atışmaya nəyin səbəb olduğu hələlik məlum deyil.
Xuraman Etibarlı
İnterpress.az