Çin və İran daşıma müddətini 40 gündən 15 günə endirən yeni dəmir yolu dəhlizini işə salıb.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Bildirilir ki, Çin və İran dəniz yolu ilə daşıma müddətini 40 gündən 15 günə endirən yeni dəmir yolu dəhlizini işə salıb.
Bu, həm Çin mallarına, həm də İran neftinə Malakka boğazından və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olan digər sulardan yan keçməyə imkan verir, eləcə də Avropa bazarlarına və Çinə çatdırılmanı sürətləndirir.
Xuraman Etinarlı
İnterpress.az