Gürcüstanın baş naziri Rusiya bayrağını təhqir edən gürcü müğənnini qınayıb.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb. Bildirilir ki, Gürcüstanın baş naziri Tbilisidə keçirilən festivalda Rusiya bayrağını ləkələyən gürcü müğənni Erekle Getsadzeni qınayıb.
İrakli Kobaxidze jurnalistlərə deyib: “Minlərlə insanın qarşısına çıxıb belə bir şey etmək gürcü mədəniyyətinə uyğun gəlmir. Bu, sadəcə mədəniyyətsizlikdir və hansı bayrağın olmasının fərqi yoxdur”.
Bundan əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Getsadzeyə qarşı rus üçrəngli ilə təhqiramiz hərəkətə görə cinayət işinin açılması barədə göstəriş verib.
Xuraman Etibarlı
İnterpress.az