Rusyada terrorçularla əlaqəsi olan müfti saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rostovda istintaq təcridxanasının ələ keçirilməsi zamanı terrorçularla əlaqəsi olan müfti saxlanılıb.
Rostovda hüquq-mühafizə orqanları şəhər istintaq təcridxanasının ələ keçirilməsi zamanı terrorçularla danışıqlarda iştirak edən yerli müftini saxlayıb.
İstintaq müəyyən edib ki, saxlanılan şəxs islam ekstremistlərinin hücrəsinə rəhbərlik edib və eyni zamanda vilayət Müsəlmanları Ruhani İdarəsinin rəhbəri olub.
O, Rusiyada qadağan olunmuş “Ət-Təkfir vəl-Hicra” dini təşkilatı ilə əlaqədə ittiham olunub.
İstintaqın məlumatına görə, şübhəli şəxs dini dözümsüzlük ideyalarını, o cümlədən digər cərəyanların müsəlmanlarına qarşı da yayırmış.
Xuraman Etibarlı
İnterpress.az