Ermənistanda Daxili İşlər Nazirliyinin yeni polis rəisi və daxili işlər nazirinin müavini təyin edilib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, Aram Kazaryan Daxili İşlər Nazirliyinin polis rəisi və daxili işlər nazirinin müavini təyin edilib.
Təyinatlar nazirin müvafiq əmrləri ilə həyata keçirilib.
Aram Kazaryanın təyin edilməsi ilə bağlı daha ətraflı məlumatlar mənbələrdə mövcud deyil.
Xuraman Etibarlı
İnterpress.az