Astronomlar Yerdən çıxmadan Günəşin ən ətraflı təsvirlərini əldə edə biliblər.
İnterpress.az xəbər verir ki, bunun üçün Amerika “Böyük Ayı” Rəsədxanasında yerləşən Goode Solar Telescope-un təkmilləşdirilmiş adaptiv optik sistemindən istifadə edilib.
Nəticədə, görünməmiş ayırdetmə qabiliyyətinə nail olmaq mümkün olub. Teleskop Günəşin səthində 63 km ölçüdə olan obyektləri qeydə alıb.
Müqayisə üçün: əvvəl limit təxminən 1000 km idi. Bu, əvvəllər yalnız nəzəri cəhətdən mümkün olan günəş tacının, çıxıntıların və ilmələrin təfərrüatlarını o qədər aydın şəkildə araşdırmaq imkanı verib.
Goode teleskopunda quraşdırılan “Cona” sistemi atmosferdəki təhrifləri kompensasiya etmək üçün şəklini saniyədə 2200 dəfə dəyişən güzgüdən istifadə edir.
Bu, teleskopun nəzəri həddinə yaxın rezolyusiyaya malik günəş tacının şəkillərini əldə etməyə imkan verir.
Analoji sistem indi yeni, daha böyük teleskop üçün yaradılır ki, bu da daha dəqiq təsvirlər əldə etməyə imkan verəcək.
Xuraman Etibarlı
İnterpress.az